Attestatların verilməsinə başlanılıb

   İyulun 11-dən məktəbdə IX və XI sinfi bitirən məzunlara attestatların verilməsinə başlanılıb.

   XI sinfi xüsusi nailiyyətlərlə başa vuran məzunlara xüsusi nümunəli (qızıl və gümüş medallar), əlaçılara  fərqlənmə, digər hallarda isə tam orta təhsil haqqında adi attestat verilir. Ötən ildən etibarən IX sinfi başa vuran məzunlara şəhadətnamə deyil, attestat təqdim olunur.

  Attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı, illik və imtahan qiymətləri yazılır. Tam orta təhsil haqqında attestatda şagirdin bitirdiyi sinfin təmayül istiqaməti də qeyd olunur.

  Qızıl medalla təltif olunan məzunların tam orta təhsil haqqında xüsusi nümunəli attestatının üzlüyü sarı (qızılı), gümüş medala layiq görülən məzunların xüsusi nümunəli attestatının üzlüyü boz (gümüşü), fərqlənmə attestatının üzlüyü qırmızı, adi attestatın üzlüyü isə yaşıl rənglidir.

 Qeyd edək ki, fərqlənnmə attestatı üçün qoyulan meyarları tam ödədiyindən  buraxılış siniflərini bitirən 12 şagird fərqlənmə attestatı alacaq. Onların adlı siyahısı aşağıdakı kimidir.

  Ümumi orta təhsil haqqında fərqlənmə attestatı alanlar:

IX "B"- Abdullayev Vaqif Ceyhun oğlu, Cavadlı Lalə Elçin qızı

IX "C"- Fərəcli Tərlan Şəhriyar qızı, Hüseynli Rəna Elxan qızı

IX "Ç"- Ələkbərova Rəhimxanım Elşən qızı, Yusifova Zəhra Sədrəddin qızı

  Tam orta təhsil haqqında fərqlənmə attestatı alanlar:

XI "A"- Müseyibova Almaz Bəxtiyar qızı

XI "B"- Əlizadə Nərgiz İlqar qızı

XI "C"- Arefyeva Darya Vladimirovna qızı, Əliyev Kamran Zaur oğlu, Qurbanova Nigar Tahir qızı, Klepikova Səbinə Eldar qızı

  Attestatlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” əsasında məzunlara təqdim olunur. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi