Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib

  Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri arasında IV Respublika fənn müsabiqələrinin final mərhələsi keçirilib.

  Fənn müsabiqələrinin finalı 3 mərkəzdə təşkil edilib. Müsabiqədə VI sinif şagirdləri riyaziyyat fənni, VII sinif şagirdləri digər fənlər üzrə biliklərini nümayiş etdiriblər.

  Məktəbin VII sinif şagirdləri Aliyarov Murad Ramin oğlu, Moylayev Hüseyn Xosrov oğlu,  Məmmədbəyli Zaur Nurəddin oğlu da müsabiqənin final mərhələsinin iştirakçılarındandır.

  Qeyd edək ki, IV Respublika fənn müsabiqələrinin ilk mərhələsində şagirdlər məntiqi təfəkkürü yoxlamaq məqsədilə tərtib olunan sualları cavablandırıblar.

  Fənn müsabiqələrinin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və olimpiadalara hazırlıq mərkəzlərinə cəlb olunacaq şagirdlərin müəyyən edilməsindən ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi