Məzunlar üçün "Son zəng" çalınıb

  İyunun 14-də məktəbdə məzunlar üçün “Son zəng” çalınıb.

  Tədbidə məktəb rəhbərliyi, pedaqoji heyət, sabiq məzunlar, valideyn və şagirdlər iştirak edib.

 "Son zəng" tədbiri Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

  Məktəbin direktoru Kəmalə Rəsulova mərasimi açıq elan edərək, sevinc və həyəcan içində olan məzunlara gələcək həyatlarında uğurlar diləyib. Çıxışı zamanı direktor şagirdlərin əldə etdikləri uğurlardan danışıb. 

  Qonaqlar “Son zəng” münasibətilə onbirinciləri təbrik edib, onlara müstəqil Azərbaycanın layiqli vətəndaşları olmağı, bilik və zəhmətləri sayəsində nailiyyətlərini daha da artırmağı arzulayıb.

  Tədbirlərdə məktəb məzunları və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib.

“Son zəng” çalınıb, səmaya əlvan şarlar buraxılıb.

  Məktəb həyatı ilə vidalaşan məzunlar birincilərə hədiyyələr təqdim ediblər.

  Qeyd edək ki, “Son zəng” tədbiri məktəblərin daixilində keçirilib və müvafiq müddət ərzində başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi