Pedaqoji şura keçirilib

  İyunun 13-də məktəbdə rəhbərlik və pedaqoji kollektivin iştirakı ilə pedaqoji şura keçirilib.

  Pedaqoji Şura pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarə olunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə edib kollegial qərarlar qəbul etmək məqsədilə təşkil edilir. Bu gün  keçirilən şuranın əsas məqsədi isə yekunlaşmaqda olan dərs ilinin nəticələrini müzakirə etmək və mövcud vəziyyət haqqında pedaqoji kollektivə məlumat vermək idi.

  Çıxış edən məktəbin direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavinləri yekun qiymətləndirmənin nəticələri, tədris ili ərzində gələn və gedən şagirdlər, əlaçı şagirdlər və.s haqqında statistikanı pedaqoji kollektivin nəzərinə çatdırdılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi