Rus bölməsində əlifba bayramı qeyd edilib

  Biliklərimizin bünövrəsi əlifbadan başlayır. Ona görə də ənənəvi olaraq 1-cilər əlifbanı başa çatdıran kimi bunu xüsusi bir bayram kimi qeyd edirlər. Məktəbdə rus bölməsinin I sinifini bitirən məktəblilər əlifba bayramını qeyd edirlər. Əlifba bayramı məktəbin akt zalında məktəb rəhbərliyi və valideynlərin iştirakı ilə keçirilir.   

  Tədbirdə balaca məktəblilər  bir neçə ay ərzində qazandıqları bilik və bacarıqları nümayiş etdiriblər. Balaca məktəblilərin ifasında bir neçə milli və xarici rəqslər də nümayiş etdirilib. Şagirdlər vətənə, əlifbaya, müəllimə aid şeirlər söyləyiblər. Həmçinin, onların ifasında nümayiş olunan rəngarəng səhnəciklər, yaratdıqları nağıl qəhramanları valideyn və qonaqlarda xoş təəssüratlar yaradıb.

    Bizdə azərbaycan və  rus bölməsi üzrə I sinifi uğurla başa vuran məktəbliləri təbrik edir, onlara dərslərində müvəffəqiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi