Böyük Summativ Qiymətləndirməyə start verilib

  Məktəbdaxili qiymətləndirmənin üçüncüsü summativ qiymətləndirmədir. Summativ qiymətləndirmə kiçik və böyük olmaqla iki formada aparılır. Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir və nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.

  Böyük summativ qiymətləndirmə(BSQ)  yarımillərin sonunda təhsil müəssisəsinin rəhbərliyi tərəfindən yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.

  Məktəbdə də siniflər üzrə böyük summativ qiymətləndirməyə start verilib. Yeni qaydalara müvafiq olaraq V, VI, VII siniflərin qiymətləndirilməsi elektron formada həyata keçirilir. 

  İyunun 5-də V siniflər azərbaycan və rus bölməsi üzrə ana dilindən imtahan veriblər. Şagirdlərə 30 dəq vaxt ərzində 15 sual təqdim edilib.

  Qeyd edək ki, imtahan başlamazdan əvvəl məktəb rəhbərliyi tərəfindən şagirdlərə yeni sistem və qaydalar haqqında geniş məlumat verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi