Hüquqlarımızı öyrənək

  Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamına əsasən, hər il iyunun 18-i  respublikamızda İnsan Hüquqları Günü kimi qeyd olunur.

  Şagirdlərə bu mövzu haqqında daha ətraflı məlumat vermək üçün siniflərdə insan hüquqlarına dair konfrans, seminar, “Dəyirmi masa”, disput və inşa yazı müsabiqələri təşkil edilir. 

  Növbəti dərslərdən biri Səkinə Hüseynova tərəfindən 5 "A" sinfində təşkil edilib. Dərsdə mövzu haqqında hazırlanmış videoçarx nümayiş edilib.

  Bu kimi dərslərin təşkilində məqsəd insan hüquqlarını və hüquq bərabərliyi üzərində qurulmuş multikulturalizm dəyərlərini şagirdlər arasında təbliğ etmək, eləcə də cəmiyyətdə insan ləyaqətinə hörmətin, insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkməklə, şagirdlərdə humanizm keyfiyyətlərini formalaşdırmaqdan ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi