Milli Qəhrəman Mübariz İbrahimov

         Milli Qəhrəman Mübariz İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunda anadan olmuşdur. 2007-ci ildə ordudan təxris olunaraq bir müddət mülki işlərdə çalışır. Lakin vətən sevgisi ona hər şeydən üstün gəlir. Könüllü ərizə yazaraq yenidən ordu sıralarına qayıdır. Mübariz İbrahimov bir müddət Silahlı Qüvvələrin təlim-tədris mərkəzinin gizir hazırlığı kursunda təhsil alır. Sonra Ehtiyat Hərbi Hissədən xidmətə göndərilir.

          Mübariz burada xidmət etmək istəmirdi. Yalnız ön cəbhədə olmağa çalışırdı. O, dəfələrlə komandanlığa ərizə ilə müraciət edərək onu ehtiyat hərbi hissədən ön xətdə yerləşən bölmələrdən birinə dəyişmələrini xahiş edir. Nəhayət istəyinə nail olur. Bir ay idi burada xidmət edirdi.

          Gizir Mübariz İbrahimovu bu ön xəttə gətirən bir amal, bir istək idi. Vətən! Millət! Torpaq!.. Onun qəlbində bir müqəddəs fikir hakim kəsilmişdi: «Məzlumun dostu, zalımın düşməniyəm».

          Məktəbin 3 "B" ibtidai sinif müəllimi Samara Əliyeva və şagirdləri 07.02.2020-ci il tarixdə ana dili dərsini Mübariz İbrahimovun doğum gününə həsr etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi