20 Yanvar - milli qürür günü

  Qara Yanvar, bəzən Qanlı Yanvar və ya 20 Yanvar faciəsi kimi qeyd olunur - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, nəticəsində yüzlərlə insan qətlə yetirildiyi, yaralandığı və itkin düşdüyü qırğın. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Belə bir vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.
  Bu il 20 yanvar faciəsinin 30-cu ili qeyd olunur . Bununla əlaqədar Respublikamızın Prezidenti Cənab İlham Əliyev sərəncam imzalamışdır. Sərəncama əsasən 20 yanvar şəhidlərinin xatirəsi Azərbaycan Respublikasının hər bir bölgəsində və ölkəmizin hüdudlarından kənarda da anılacaq.
  30 ildir ki, Azərbaycan xalqı hər il 20 yanvar şəhidlərini dərin hüznlə, ehtiramla yad edir. Məktəbimizdə hər il 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş silsilə tədbirlər təşkil olunur.
  17.01.2020-ci il tarixdə məktəbin foyesində 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr edilmiş digər tədbir keçirildi. Tədbirdə məktəbin azərbaycan bölməsi üzrə ibtidai sinif şagirdləri çıxış etdilər. Şagirdlər dərin hüzn və kədərlə 20 yanvar faciəsinə həsr olunmuş kompazisiyalar nümayiş etdirdilər. Tədbirin sonunda məktəbin direktoru K.Rəsulova  çıxış edərək belə tədbirlərin şagirdlərdə milli qürur hissinin formalaşmasında oynadığı müstəsna roldan danışıb, vətənpərvərliyin təbliği baxımından bü cür tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətindən söz açaraq şagirdləri vətənpərvərliyə səsləyib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi