20 Yanvar faciəsindən 30 il ötür

  Azərbaycan tarixinə Qanlı Yanvar kimi daxil olmuş hadisələri xalqımız 30 ildən sonra da həm ağrı-acı, həm də qürur hissi ilə yaşayır. 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Şəhidlər milyonlarla insanın çiynində son mənzilə yola salındı. Xalqın birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi və bu, 20 Yanvarı səciyyələndirən ən mühüm məqamlardan biridir. Vaxtilə ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli, qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər çox uzaqlaşsaq, həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də gələcək nəsillər buna daha doğru, daha düzgün qiymət verəcəklər. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olmuşdur”.

  Həmin Qanlı Yanvar günündən artıq 30 il ötür. İllər keçdikcə bu hadisəyə baxışlar dəyişir. Vaxtilə bu faciəyə görə ağlayıb-sızlayır, qəm dəryasına batır, şəhid məzarlarına qərənfillər düzməklə təskinlik tapırdıqsa, indi kədərlə yanaşı, ürəklərdə sonsuz qürur hissi də baş qaldırır.

  17.01.2020 - ci il tarixində məktəbin azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Əfəndiyevanın təşkilatçılığı ilə 6 "B" sinifinin şagirdləri Qanlı Yanvar hadisələrini özündə əks etdirən, 20 Yanvar şəhidlərinin xatirəsini əbədiləşdirən əbədi bədii kompozisiya nümayiş etdirmişlər. Tədbirdə məktəbin müəllim - şagird kollektivi iştirak etmişdir. 20 Yanvar qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şagirdlər xalqımızın  milli  qürurunun  heç  bir  xarici  düşmən  tərəfindən  sındırıla  bilməyəcəyini,  müstəqilliyimizin  əbədi  və  daimi  olduğunu ifa  etdikləri  şeir  parçalarında  iftixar hissi ilə  səsləndiriblər, onlar tədbirdə “Şəhidlər”, “Ağla, qərənfil, ağla” şeirlərini söyləyib, “İgid əsgər möhkəm dayan”, “Əsgər marşı” mahnılarını ifa ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi