20 Yanvar - Ümumxalq hüzn günümüz

  Bu gün - 20  Yanvar tariximizin ümumxalq hüzn günüdür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar cinayətlərdən biri baş verib. Mixail Qorbaçovun başçılığı ilə Sovet rejimi Bakıda əsl qətliam törədib – yerli və mərkəzi hökumətdən Qarabağ münaqişəsinin ədalətli həllini tələb edən dinc əhalidən qisas alınıb. Müdafiə naziri marşal Yazovun rəhbərlik etdiyi 20 min nəfərlik ordu hissələri ölkədə Kommunist Partiyasının hakimiyyətini qorumaq məqsədilə Bakı şəhərinə soxulub. Hərbi müdaxilə nəticəsində 147 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, yüzlərlə insan isə itkin düşüb

  Bu günü məktəbin şagirdləri dərin hüznlə yad edir. Məktəbin ibtidai sinif üzrə rus bölmələrinin şagirdləri Azərbaycan tarixinin müxtəlif dövrlərində azadlıq uğrunda mübarizələrindən bəhs edən təqdimatlar hazırlayıb. Bununla yanaşı, xalqımızın  milli  qürurunun  heç  bir  xarici  düşmən  tərəfindən  sındırıla  bilməyəcəyini,  müstəqilliyimizin  əbədi  və  daimi  olduğunu ifa  etdikləri  şeir  parçalarında  iftixar  hissi ilə  səsləndiriliblər. Qəhrəman oğul və qızlarımızın xalqımızın azadlığı uğrunda apardığı mübarizədən bəhs edən videoroliklər izləyərək müstəqilliyimiz naminə göstərdikləri rəşadətdən danışıblar. Onlar məktəbin qəhrəmanlıq guşəsində şəhidlərin şəkilləri önünə qərənfillər düzərək 20 Yanvar şəhidlərini sükutla anıblar.

  Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.
Hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi