Qara Yanvar

  Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.

  17.01.2020-ci il tarixində məktəbin 5 "A" sinif şagirdləri tarix müəllimi Sədaqət Bədəlova ilə birlikdə  20 Yanvar şəhidlərini yad etdilər. Şagirdlər məktəbin foyesində yerləşən "Qanlı Yanvar" güşəsinin ətrafında faciənin qurbanlarından bəhs edən şeirlər, məlumatlar söyləmiş, qərənfillər düzmüş, şəhidləri dərin hüznlə anmışlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi