Peşə seçimi

  Şagirdlərin düzgün peşə istiqamətini öncədən müəyyən etmək, onlara daha çox uğur qazandıran sənəti aşkarlamaq imkanı eyni zamanda bir neçə vəzifəni yerinə yetirir. Gənclər gördükləri işə həvəslə yanaşır və həyatdan zövq alır, valideynlər övladlarını uğurlu və xoşbəxt görür, nəticədə isə ölkəmizə səmərə gətirən yeni peşakarlar nəsli böyüyür.   

  Bu məqsədlə məktəbin psixoloqu Vüsalə Rəhimova 09.01.2020-ci il tarixində 9-cu sinif şagirdləri ilə maraqlı müzakirə aparmış, optant anket təşkil etmişdir. 

  Peşə seçimi insanların həyatında verdiyi ən əhəmiyyətli qərarlardan biridir. Düzgün peşənin seçilməməsi bəzən insanların bədbəxt olmasına gətirib çıxarır. Hər bir insanı hansı peşəni seçəcəyi, hansında uğur qazanacağı fikri düşündürür. Düzgün peşə seçmiş insanın öz yaradıcılığına meylliliyi güclənir və hətta öz peşəsinin mütəxəsisinə də çevrilə bilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi