UNEC-də bir gün

 19 dekabr 2019-cu il tarixində 210 №-li tam orta məktəbdə Azərbaycan Dövlət İqtisad Universitetinin nümayəndəsi yuxarı sinif şagirdləri ilə maraqlı görüş həyata keçirdi. Bu görüş “UNEC-də bir gün” layihəsindən ibarət oldu. Layihənin əsas məqsədi 10-11-ci sinif şagirdlərini universitetlə daha yaxından tanış etməkdir. Eyni zamanda, ixtisas seçimində çətinlik çəkən şagirdlərə məsləhət vermək, onların ixtisas fənlərində dinləyici qismində iştirakına şərait yaratmaqdır.

Cənubi Qafqazın ən böyük iqtisadyönümlü ali təhsil ocağı olan UNEC-də dərs və imtahan prosesi ictimaiyyətə açıq keçirilir. Ötən tədris ilində UNEC-in abituriyentlərə yaratdığı bu imkandan faydalanan onlarla şagird artıq UNEC tələbəsidir. Onlar ixtisas seçməkdə məhz öncədən UNEC-dəki dərslərdə iştirakın böyük rol oynadığını deyirlər. Dərslərdə şagirdlərlə yanaşı, onların valideynləri də iştirak edə bilərlər.

UNEC Azərbaycanda dörd dildə (Azərbaycan, ingilis, rus və türk) təhsil verən və xaricdə filialı olan yeganə ali təhsil ocağıdır. Burada 21 ixtisas üzrə kadr hazırlığı həyata keçirir. UNEC Avropada iqtisadçı kadrların hazırlığı üzrə lider olan London Universiteti/London İqtisadiyyat Məktəbi və Fransanın ən qədim ali təhsil ocaqlarından olan Montpellier Universiteti ilə bakalavrlar üçün ikili diplom proqramı həyata keçirir. Bu ildən etibarən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan irəli gələn tələbləri icra etmək məqsədi ilə UNEC-də Universitet Daxili İki Diplom (UDİD) proqramının icrasına başlanılıb. UDİD proqramı bakalavrlara 4 il ərzində iki ixtisasa yiyələnməklə gələcəkdə əmək bazarında layiqli yer tutmaq və onun tələblərinə çevik uyğunlaşmaq imkanı yaradır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi