Ekoloji tərbiyə

     Ekoloji tərbiyə günümüzün daha çox diqqət yetirilən sahələrindən birinə çevrilib. Bu da təbiidir. Çünki sağlam ekologiya sağlam cəmiyyət, sağlam yaşayış tərzi deməkdir. Bu səbəbdən də muxtar respublikamızda ekoloji tərbiyə işində müxtəlif yollardan, forma və metodlardan istifadə edilir. Qeyd olunmalıdır ki, ekoloji tərbiyə hələ kiçik yaşlardan başlanmalıdır. Erkən yaşlardan uşaqlarda təbiət hadisələrinə düzgün baxış formalaşdırmaq, onlara təbiəti, canlıları sevdirmək, uşaq qəlbində xeyirxahlıq hisləri oyatmaq vacib şərtlərdəndir. Kiçik yaşlardan buna diqqət yetirilməzsə, uşaqda təbiətə qarşı laqeydlik baş qaldıra bilər. Təbiətə qarşı bu cür münasibət uşaq qəlbində xeyirxahlıq hislərinin kütləşməsindən başlanır. Bunun qarşısının alınmasında cəmiyyətin hər bir üzvünün, hər bir vətəndaşın üzərinə mühüm vəzifələr düşür. Bu vəzifələrin yerinə yetirilməsi həm də vətəndaşlıq borcumuzdur.
     Məktəbin ekoloji vəziyyətini nəzərdə saxlamaq üçün məktəbin biologiya müəllimi Mehriban Səfərova şagirdlərlə birlikdə məktəbdəki dibçək güllərinə lazımı qayğı göstərirlər. Hər bir dibçəyə xüsusi qayğıyla yanaşırlar.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi