Azərbaycanda qadın haqları

     Təhsil Nazirliyi, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi, "Lider Qadınlar" İctimai Birliyinin təşkilatçılğı ilə "Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə" layihəsi üzrə ümümtəhsil müəssisələrində müsabiqə elan olundu.

     Bu məqsədlə 7 dekabr 2019-cu il tarixində 210 №-li tam orta məktəbdə də X-XI sinif şagirdlərinin iştirakı ilə müəyyən olunmuş mövzularda inşa-yazı müsabiqəsi keçirildi. Şagirdlər inşanı yazarkən müsabiqənin Əsasnaməsində göstərilən 7 mövzunu əhatə etməyə çalışdılar.

     Müsabiqənin sonunda məktəb daxilində yaradılmış komissiya tərəfindən bir ən yaxşı iş seçilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim ediləcək. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi