Azadlığa aparan qanlı yol

17 yanvar 2020-ci il tarixdə məktəbin illik fəaliyyət planına uyğun olaraq IX sinifdə "20 Yanvar" faciəsinin 30-cu ildönümünə həsr olunmuş xüsusi dərs keçirildi. Dərsdə direktor, direktor müavinləri və müəllimlər iştirak etdi. Dərs prosesində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi, 20 Yanvar hadisələri ilə bağlı videolar izlənildi. Tarix müəllimi Heydərov Mahir faciənin tarixi ilə bağlı şagirdlərə geniş məlumat verdi.
Daha sonra "20 Yanvar" faciəsinin 30-cu ildönümünə həsr olunmuş "Azadlığa aparan qanlı yol" adlı tədbir keçirildi. Şagirdlər tədbir iştirakçıları qarşısında çıxış edərək 20 Yanvar faciəsi şəhidlərinin xatirəsini yad etdilər, onlara həsr olunmuş şeirlər, mahnılar və videolar nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi