“Bilik günü” kecirildi

Respublikanın ümumtəhsil məktəblərində olduğu kimi bu gün məktəbimizdə “Bilik günü” təntənəli sürətdə qeyd olundu. Tədbir Azərbaycan Respublikasının dövlət himni ilə açıldı. Tədbirdə ictimaiyyət nümayəndələri, valideynlər və məzunlar iştirak etdilər. Məktəbin adını daşıyan şəhid Hatəm İskəndərovun qardaşı Hüseyn İskəndərov tədbirdə çıxış etdi və öz fikirlərini bildirdi. Məktəbimizin direktoru Mirnağı Nəzərli 2018-2019-cu dərs ilinin yekunları, əldə edilmiş nailiyyətlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi. İstedadlı şagirdlərimizin musiqi çıxışları ilə tədbir yekunlaşdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi