"Oxu günü" çərçivəsində bədii əsərlərin kompozisiyası
20.04.2018 – ci il tarixində “Oxu günü” çərçivəsində şagirdlər tərəfindən müxtəlif əsərlər üzrə hazırlanmış kompozisiyalara baxış keçirildi. Azərbaycan xalq nağılı “Göyçək Fatma” nağılı 6-cı sinif şagirdlərinin ifasında, Azərbaycan əfsanəsi “Ququşu” əfsanəsi 5-cı sinif şagirdlərinin ifasında, Əhməd Cəmilin “Can nənə bir nağıl de” şeiri 10 və 6 cı sinif şagirdlərinin ifasında, Nizami Gəncəvinin “Kərpickəsən qoca” hekayəsi 6-cı sinif şagirdlərinin ifasında, Ənvər Əlibəylinin “İlan və qurbağa” hekayəsi 5 – ci sinif şagirdlərinin ifasında nümayiş etdirildi.
Tədbirdə Təlimə Dəstək Mərkəzinin nümayəndəsi,Ədəbiyyat müəllimləri,məktəbin müdiriyyəti, valideynlər və 5 – 6 cı sinif şagirdləri iştirak etdi.