"Oxu günü" çərçivəsində bədii əsərlərin müzakirəsi

Məktəb üzrə “Oxu günü” çərçivəsində 19.04.2018 – ci il tarixində bədii əsərlərin müzakirəsi keçirildi.Müzakirədə 8 və 9 – cu sinif şagirdləri iştirak etdi.

8 – ci siniflərdə C.Məmmədquluzadənin “Usta Zeynal” əsərinin oxusu təşkil edilmişdi. Şagirdlər C.Məməmdquluzadənin yaradıcılığı haqqında qısa məlumat verdi və “Usta Zeynal” hekayəsinin qısa məzmunu şərh edildi.

Sonra ayrı-ayrılıqda hekayənin sujet xətti,ideyası haqqında şagirdlər təhlil apararaq, əsərə öz münasibətlərini bildirdilər,müasir dövrümüzlə əlaqələndirdilər.

İkinci təhlil olunan əsər isə Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması idi. Bu əsəri 9-cu sinif şagirdləri hissə - hissə təlil edərək münasibət bildirdilər.Əsər təlil olunarən 9-cu sinif şagirdlərinin bir gün əvvəl Şəhidlər xiyabanına və Bəxtiyar Vahabzadənin məzarına etdiyi ziyarətdən video görüntülər nmayiş etdirildi.Zalda iştirak edən digər şagirdlər B. Vahabzadənin şeirlərindən parçalar səsləndirildi.

Müzakirədə məktəbin direktoru,direktor müavinləri,ədəbiyyat müəllimləri iştirak edirdi. Müəllimlər də uşaqların fikirlərin müasibət bildirdilər.

Sonda məktəbin direktoru tədbirin əhəmiyyətini izah edərək,hər bir iştirakçıya təşəkkür etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi