Şahmat turniri

14.02.2020-ci il tarixdə məktəbdə "Məktəblinin Dostu" layihəsi çərçivəsində Xətai rayonu üzrə 7 məktəbdən ibarət şahmat turniri təşkil olundu.

Turnirdə 17, 27, 59, 63, 95, 204, 245 №li məktəblər iştirak etdi.Həmçinin qonaq qismində "Məktəblinin Dostu"layihəsinin rəhbərliyi və 3№li Respublika İxtisaslaşdırılmış Olimpiya ehtiyatları Uşaq Gənclər İdman  şahmat məktəbinin direktoru və həmin mərkəzin məşqçisi iştirak etdi.

Hər məktəbdən 2 nəfər olmaqla 14 şagirddən ibarət turnir 5 mərhələdə keçirildi.Mərhələlər arası 204№li məktəbin şagirdləri bir-birindən maraqlı çıxışlar etdilər..

Sonda ilk 3 yer medal,sertifikat və kubokla təltif olundu və digər iştirakçılara təşəkkürnamələr təqdim olundu.I və II yerə 59№li məktəbin şagirdləri,III yerə isə 17№li məktəbin şagirdi layiq görüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi