Bilik günü

Bu gün orta və ali təhsil müəssisələrində yeni tədris ilinə start verildi. Şagirdlər, tələbələr, müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün bu gün bayramdır. Bizim məktəbdədə bu gün təntənə ilə qeyd olundu.“Bilik günü” tədbiri Dövlət himninin səsləndirilməsi ilə başlandı.Daha sonra meydana Azərbaycanın Dövlət bayrağı gətirildi. İlk dərs günü münasibətilə şagird və müəllimləri təbrik edən məktəbin direktoru Nailə Əhmədova yeni dərs ilində hər kəsə uğurlar arzu etdi: “Bu gün birincilər daha çox həyacanlıdılar. Çünki, bu gün onlar yeni həyata qədəm qoyurlar. Artıq sinif otaqları, müəllimlər sizi gözləyir. Sizə yeni həyatınızda bol uğurlar arzu edirəm”.Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin nümayəndəsi ölkəmizdə təhsilə verilən diqqət və qayğıdan söz açdı. O bildirdi ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan təhsili yeni dövrünü yaşayır: “Hər il ölkəmizdə onlarla yeni məktəb tikilir və ya əsaslı şəkildə təmir edirlir. Dövlətimiz tərəfindən yaradılan şərait şagirdlərimizin yüksək səviyyədə təhsil almasına geniş imkanlar açır. Əziz şagirdlər sizə yeni dərs ilində bol müvəffəqiyyətlər arzu edirəm. Bayramınız mübarək!”. Tədbir şagirdlərin ifasında müxtəlif rəqs və kompozisiyalarla davam etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi