Şəhidlər xiyabanına ziyarət

16 yanvarda Qanlı Yanvar faciəsinin otuzuncu ildönümü ərəfəsində məktəbimizin şagird və müəllim kollektivi Şəhidlər xiyabanını ziyarət etdilər. Ziyarət zamanı məktəbin ibtidai sinif müəllimi Çiçək Əhmədova şagirdlərə 20 Yanvar faciəsi barədə dolğun məlumat verdi, xalqımızın şərəf salnaməsi olan bu şanlı tarixi unutmamağa çağırdı. 20 Yanvar hadisələrinin başvermə səbəblərindən və acı nəticələrindən danışan psixoloq bu faciənin xalqımızın azadlıq mübarizəsi tarixində şanlı səhifə olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda canlarını qurban verən 20 Yanvar şəhidləri ölümləri ilə ölməzliyə qovuşaraq tariximizin şərəfli səhifəsini yazdılar. Onların qəhrəmanlığı gələcək nəsillərə əsl vətənpərvərlik nümunəsidir. Vurğulayıb ki, 20 Yanvar faciəsi xalqımızın qan yaddaşından heç vaxt silinməyəcək. Vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsi qəlblərdə əbədi yaşayacaq. Sonda müəllim və şagirdlər xalqımızın azadlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsini yad edərək şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi