Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan tədbir

Məktəbdə Azərbaycan şairi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan tədbir keçirilib. Tədbirdə məktəbin direktoru, direktor müavinləri iştirak ediblər.

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Hüseynova tərəfindən təşkil olunan tədbirin məqsədi şagirdlərdə mütaliə vərdişlərinin inkişaf etdirilməsi və onlarda Nəsimi yaradıcılığı barədə bilikləri daha da dərinləşdirməkdən ibarət olub.
İ.Nəsiminin həyat və fəaliyyəti barədə məlumat verilərkən şairin dünya ədəbiyyatı və fəlsəfi fikrində oynadığı roldan bəhs edilib. 
Tədbirdə şagirdlərin ifasında müxtəlif səhnəciklər nümayiş olunub, şeirlər səsləndirilib.
Tədbirin sonunda məktəbin direktoru Arzu Süleymanova "Nəsimi ili" çərçivəsində silsilə tədbirlərin şagirdlərin inkişafında önəmindən bəhs etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi