Tariximizi unutmayaq

26 sentyabr 2019 cu-il tarixində İcərişəhər Tarix Diyarşünasliq muzeyinə ekskursiya olmuşdur.

Ekskursiyada məktəbdən 60 nəfər VII və VIII sinif sagirdləri, 3 nəfər müəllim və məktəbin tərbiyə işləri üzrə direktor müavini Elnurə Fərhad qızı Ramazanova da iştirak etmişdir.

Şagirdləri Qız qalasının önündə qarşılayan bələdçi Səidə xanım şagirdlərə geniş məlumat verdi. Şagirdlər 2 hissəyə bölünərək Qız qalası abidəsinə, sonra isə Şirvanşahlar sarayına ekskursiya etdilər. Ekskursiya şagirdlərin ürəyincə oldu. Şagirdlər bu ekskursiyadan cox yararlandılar. Belə ekskursiyalar şagirdlərin dünyagörüşünün formalaşmasında tarixi, dəyərlərimizin qorunması istiqamətində müsbət rol oynayır.

Ekskursiyanın sonunda məktəbin Tərbiyə işləri üzrə direktor muavini E. F. Ramazanova  şagirdlər adından, məktəb direktoru N. N. Vəliyev öz adından ekskursiyanın təşkilatçılarına, bələdçiyə öz təşəkkürünü bildirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi