Milli musiqi günü

18 sentyabr Milli musiqi günü münasibəti ilə məktəbdə “Musiqisiz həyat yoxdur!” adlı tədbir keçirildi.Tədbir məktəbin əsas korpusunun foyesində baş tutdu. Tədbirdə iştirakçı qismində V-IX siniflərdən 18 nəfər, tamaşaçı qismində isə V-X siniflərdən 34 nəfər şagird iştirak etdi.

Foye Milli musiqimizin yaradıcısı Ü.Hacıbəylinin,Sönməz Ulduzların və Ü.Hacıbəylinin əsərlərinin rəsmlərindən ibarət stendlərlə bəzədilmişdi. Tədbiri açıq elan edən məktəbin Tərbiyə işləri üzrə direktor müavini Elnurə Ramazanova çıxış üçün sözü məktəbin musiqi müəllimi Samirə Verdiyevaya verdi.

S.Verdiyeva elə ilk sözündən sonra şagirdlərə sualla müraciət edərək Azərbaycan Respublikasının Dövlət Himninin kimə aid olduğunu soruşdu. Şagirdlər bir ağızdan Ü.Hacıbəyliyə deyə cavab verdilər. Dərhal Azərbaycan Respublikasının Hövlət Himni səsləndi.

Sonra S.Verdiyeva müəyyən məlumatlar verdi.

Şagirdlərdən VI”D” sinif şagirdi Kazımzadə Nurayın qanunda ifası xüsusi ilə fərqləndi. Şagirdlər hazırladıqları referatları təqdim etdikdən sonra VII”C” sinif şagirdi Cavidin tarda “Azadlıq Marşı” ifası çox xoş təsir bağışladı.

Diskussiya xarakterli çıxışlardan sonra X”C” sinif şagirdi Salmanova Gülnarənin ifasında “Gülçöhrənin ariyası”səsləndi. Uşaq xoru üzvlərinin VI”C” sinif şagirdi Hüseynli Ümid və Fətullanın ifası ilə tədbir başa çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi