FƏXRİMİZ

Həbib bəy Mahmudbəyov 1864-cü ildə Şamaxı şəhərində anadan olmuşdu. Atası Hacı İbrahimxəlil bəy Şamaxının mötəbər şəxslərindən idi.

 1883-cü ildə Sultanməcid Qənizadə ilə birlikdə Tiflisə gedərək oradakı Aleksandrov Müəllimlır İnstitutuna girir. 1887-ci ildə həmin institutu bitirərək yenə də Sultanməcid Qənizadə ilə bir yerdə Bakıya dönür və elə həmin il onlar ilk özəl rus müsəlman məktəbini açırlar. Bu, Azərbaycanda maarifin inkişafında böyük hadisə olur və maarifin gələcək inkişafının istiqamətini müəyyənləşdirir. Qısa müddətdə həmin məktəb məşhurlaşır və 1891-ci ildə dövlət təminatına keçirilir. Sonradan bu tip məktəblər Azərbaycanda geniş yayılır.

1896-cı ildə Həbib bəy Mahmudbəyov S. M. Qənizadə, İ. Məlikov və başqaları ilə birlikdə rus-müsəlman kitabxanası təşkil etdi.

1917-ci il oktyabr çevrilişinədək H. Mahmudbəyov böyük ictimai maarifləndirmə fəaliyyəti ilə məşğul olub, Bakı şəhər dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan müəllimlərinin Birinci qurultayının (1906) hazırlanması və keçirilməsində fəal iştirak edib.

Azərbaycanda sovet işğal rejimi qurulduqdan(1920 il 28 aprel) sonra H. Mahmudbəyov respublikada xalq təhsilinin inkişafında yeni istiqamətlərin işlənib hazırlanmasının fəal iştirakçılarından olub. Respublikada ali pedaqoji təhsilin təşkilində onun böyük xidmətləri var. Uzun müddət müəllim, məktəb direktoru işləyib. Sosial təşkilat komissiyasının (1920) üzvü kimi o, pedaqoji institutun təşkilində fəal iştirak edib. Ali pedaqoji institut yarandıqda onun direktor müavini, sonra isə direktoru olub, eyni zamanda rus dili və ədəbiyyatından dərs deyib. Həbib bəy Mahmudbəyov gecə kursları təşkil etmişdi.

1887-ci ildən fəaliyyət göstərən "H.Mahmudbəyovun məktəbi" adı ilə tanınan 2 nömrəli TH liseyi Bakıda ən qocaman məktəblərdən biridir. Lisey Bakıda fəaliyyətə başlayanda rus-tatar məktəbi adı ilə tanınaraq şöhrət qazanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM