"BAYRAQ DÖVLƏTÇİLİYİMİZİN VƏ MÜSTƏQİLLİYİMİZİN RƏMZİDİR"

Hər bir vətəndaşın baxarkən qürur duyduğu,qürur duya bildiyi bir bayraq var.Bayraq daim döyüşlərdə əsgərlərə güc verən,xalqa inam verməyi bacaran bir simvoldur.Bayraq elə bir rəmzdir ki,millət onda keçmişini və bu gününü görür.Milli bayrağımız 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cumhuriyyəti hökümətinin qərarı ilə təsdiq edilmişdir.2007-ci il noyabrın 17-də isə Azərbaycan Respublikasının Prezidentinin Bakıda Dövlət Bayraq Meydanının yaradılmsı barədə,2009-cu il noyabrın 17-də isə Dövlət Bayraq Gününün təsis edilməsi haqqında sərəncam imzalanmışdır.Hər il 9 noyabr "Azərbaycan Dövlət Bayrağı Günü"kimi qeyd olunur.Bununla əlaqədar məktəbimizdə də 8 noyabr "Bayraq dövlətçiliyimiz və müstəqilliyimizin rəmzidir" mövzusunda tədbir keçirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi