Azərbaycan Gənc Müəllimlər  Assosiasiyasının I Forumu

2020-ci ilin fevralın 1-də Azərbaycan Gənc Müəllimlər  Assosiasiyasının I Forumu keçirilib. 2 fevral Gənclər Günü münasibəti ilə təşkil olunan tədbirdə əsas məqsədin gənc müəllimlərin ümumrespublika səviyyəsində toplantısını və onlarla əlaqəni genişləndirmək olduğunu tədbir rəhbərliyi öz çıxışında bildirdi. Tədbir öncəsi tədbir iştirakçıları ümumilli lider Heydər Əliyevin xatirəsini anmaq üçün Fəxri Xiyabana gedib və onun məzarı üstünə tər güllər qoyublar. Tədbirdə Təhsil Naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, nazirlik yanında ictimai şuranın üzvləri, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun əməkdaşları, pedoqoji ixtisaslı ali məktəblərin rektorları, media nümayəndələri və gənc müəllimlər də iştirak ediblər. Forum Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, tədbir ərzində cənab nazir Ceyhun Bayramov çıxış edərək, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təhsil göstərdiyi qayğıdan söz açmış, ötən illər ərzində yeni tikilən və təmir olunan məktəblərdən, ölkənin müəllimlərə göstərdiyi qayğıdan, pedoqoji ixtisaslı gənc kadrların fəaliyyətinə göstərilən dəstəkdən söz açmış, bu qayğının getdikcə atırılacağından bəhs etdi. Tədbirdə cənab prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin yaradılması ilə bağlı çıxışı xatırladan Ceyhun Bayramov nitqinin sonunda qeyd edib ki, müəllimlər hər zaman öz şəxsi nümunələri ilə fərqlənməlidir. Nazir 2 fevral Gənclər Günü münasibəti ilə bütün gənc müəllimləri təbrik etmiş və gələcək fəaliyyətlərində onlara uğurlar arzulamışdır. Daha sonra çıxış edən Corc Vaşinqton universitetinin Təhsil və İnsan inkişafı fakültəsinin dekanı Maykl Foyer çıxış edərək tədbirin əhəmiyyətini vurğulayaraq, gənc müəllimlərə öz fəaliyyətlərində uğurlar arzuladı. Tədbirdə rəsmi hissə başa çatdıqdan sonra bədii hissə nümayiş olunmuş, tədbir iştirakçılarına çay süfrəsi təşkil olunmuş və sonda panel müzakirələr həyata keçirilmişdir. Tədbirdə məktəbimizin gənc müəllimləri -riyaziyyat müəllimli Ismaylova Sayad və tarix müəllimi Həsrətli Lalə iştirak etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi