“Qan yaddaşımız”

Tədbirin davamı olaraq məktəbin akt zalında Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qəhrəmanlıq səhifəsi kimi yazılmış 20 yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş “Qan yaddaşımız” adlı tədbir keçirildi. Tədbirdə Ramana qəsəbə nümayəndəsi Məhəmməd Əsədov Əlillər cəmiyyətinin sədr müavini Şahin Bağırov, Vətənimizin müstəqilliyi və suverenliyi uğrunda canını qurban vermiş şəhidlərin ailə üzvləri və müharibə əlilləri iştirak etdilər. Tədbirdə şagirdlərin ifasında ədəbi-bədii kompazisiyalar, şeirlər, tamaşalar nümayiş olundu, xor dərnəyinin ifasında mahnılar səsləndirildi.
Tədbirin sonunda məktəbin direktoru N.Şəlalə müəllim çıxış edərək, 20 yanvar hadisələri haqqında ətraflı məlumat verdi, Vətənimizin müstəqilliyi, suvernliyi və azdlığı uğrunda canını qurban vermiş şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olduğunu vurğuladı. Daha sonra o sözü tədbirdə qonaq qismində iştirak edən digər nümayəndələrə verdi və onların faciə ilə bağlı xatirələri dinlənildi. Sonda məktəbin direktoru tədbirdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirərək,onları ehsan süfrəsinə dəvət etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi