"Evsizlərə ev olaq"layihəsi

Bir gün məktəbin direktoru Nizami Niftiyev Fətullayeva Səidə müəlliməni çağırıb dedi ki müəllimə burada qurumuş bir ağac var . Mən istəyirəm ki bu ağacın üzərində quşlar üçün yuva hazırlayaq və beləliklə də yeni layihəyə start verildi və işə başlandı.Əvvəlcə layihəyə ad tapmaq lazım Aytəkin müəllimənin təklifi ilə adını "Evsizlərə ev olaq"qoyuldu.Demək olar ki bütün məktəb kollektivi bu işdə "Biz"oldu.Kimin əlindən nə gəlirdisə köməyini əsirgəmədi. Nəticədə fikirləşdiklərindən də gözəl bir mənzərə yarandı.Artıq məktəbimizin bir guşəsi quşların yaşayış yerinə çevrilmişdir.https://youtube.com/watch?v=T2NEi0anDts&feature=share