“Valideyinin Məktəbdə Bir Günü” adlı layihə keçirildi

    18.12.2019-cu il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 26 noyabr 2019-cu il tarixli F-448 №-li əmrinə əsasən məktəbimizdə “Valideyinin Məktəbdə Bir Günü” adlı layihəsinə start verildi. Layihənin həyata keçirilməsində  valideyinlər, məktəb rəhbərliyi və müəllimlər fəal iştirak etdilər.

     İlk öncə tədbirin rəsmi açılışı oldu. Valideynlər məktəbin kitabxanası, yeməkxanası, sinif otaqları, idman zalı, akt zalı və laboratoriyalarını gəzərək məktəblə yaxından tanış oldular. Tanışlıqdan sonra valideynlərlə məktəb rəhbərliyinin səmərəli fikir mübadiləsi və müzakirəsi keçirildi. Valideynlər məktəblə bağlı öz fikir və təkliflərini söylədilər. Məktəbin direktoru S.Mehdiyeva valideynlərə məktəbimizin bu ilki naliyyətləri, məktəbdə keçirilən bilik yarışları, manitorinqlər, yüksək bal toplayaraq ali məktəblərə qəbul olan şagirdlər haqqında danışdı.

    Sonra valideynlər müəyyən növbələrlə tədris prosesini izlədilər.

     Valideynlər üçün seminar keçirildi. Seminarda “Məktəb-valideyn münasibətləri şagirdlərin naliyyətinə və məktəbdə təhsilin keyfiyyətinə təsir edən amil kimi” mövzusundan danışıldı.

    Tədbirin sonunda bədii hissə oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi