Bilik günü

16 sentyabr məktəbimizdə “Bilik günü” qeyd olundu.Tədbir saat 8.00-dan etibarən Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başladı.Tədbirdə məktəb rəhbərliyi, sagirdlər, birincilər və valideynlər iştirak etdi. Açılışı məktəbin direktoru R.H.Hüseynov açdı və şagirdləri ilk tədris ili münasibəti ilə təbrik edib onlara uğurlar arzuladı.İlk zəng çalındı və şagirdlər yeni tədris ilinə başladılar. Azərbaycan Respublikasının təhsil naziri Ceyhun BAYRAMOVun əmrinə əsasən məktəbimizdə ilk dərs məşgələləri  ibtidai siniflərdə “İdman və saglamlıq”, V-IX siniflərdə ”Mütailə-mənəvi zənginliyə aparan yol”  X-XI siniflərdə ”Azərbaycan inkişaf yollarında” mövzularına həsr olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi