“Ana dili – milli varlığımızdır” mövzusunda tədbir

   Fevralın 21-i bütün dünyada Beynəlxalq  Ana Dili Günü kimi qeyd olunur.Bununla bağlı məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Arifə Məhərrəmova və ədəbiyyat dərnəyinin üzvləri ilə birlikdəAna dili – milli varlığımızdırmövzusunda tədbir keçirtdi.Tədbiri məktəbin direktoru Pedaqogika üzrə fəlsəfə doktoru,dosent Rahim Hüseynov açaraq bildirdi ki, Azərbaycan dilinin saflığını qorumaq,dövlət dilində istifadənin daha da yaxşılaşdırılmaq üçün əlimizdən gələni etməliyik.Şagirdlərdə nitq mədəniyyətini formalaşdırmaq və onlarda vətənpərvərlik hisslərini daha da artırmaq lazımdır.Daha sonra şagirdlər Ana dili ilə bağlı məruzə ilə cıxış etdilər,şeir söylədilər.Cəlil Məmmədquluzadənin “Anamın kitabı”dram əsərindən kiçik epizod göstərdilər.Məktəbin xor dərnəyinin üzvləri mahnı oxudular.Tədbir iştirakçılarına bildirdilər ki,Ana dilimizi sevək,sevdirək  və daima qoruyaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi