Oğlanlar və qızlar arasında keçirilmiş basketbol üzrə rayon turniri.

     Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən 11-15 fevral 2020-ci il tarixlərində  məktəbin idman zalında şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş oğlanlar və qızlar arasında basketbol idman növü üzrə Nərimanov rayon turniri keçirilib.Yarışın keçirilməsində məqsəd aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin xatirəsini yad etmək, məktəbliləri basketbol idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.
Yarışda məktəbin oğlanlar və qızlardan ibarət komandalar II yeri qazanmışdır.I, II və III yerləri tutan komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə şəhid Mahir Mirzəyevin xatirəsinə həsr edilmiş anım tədbirində təltif olunacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi