“Narkomaniya ümumbəşəri bəladır”mövzusunda maarifləndirici tədbir

    7 fevral 2020-ci il tarixində saat 12:00-da “Narkomaniya ümumbəşəri bəladır”mövzusunda maarifləndirici tədbir keçirildi.Tədbirdə iştirak edən şəxslər:Nərimanov RPİ-nin rəisi polis polkovniki Vaqif Müslümov, Nərimanov RPİ-nin Yetkinlik yaşına çatmayanların işi üzrə bölmənin rəisi polis polkovnik leytenantı Ruslan Hüseynov, Nərimanov RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis leytenantı Tural Şahbazov.   Tədbiri “Narkomaniya ümumbəşəri bəladır”mövzusu ilə əlaqədar məruzəçi Nərimanov RPİ-nin rəisi polis polkovniki Vaqif Müslümov açdı.Tədbirin əvvəlində Nərimanov RPİ-nin tərəfindən xüsusi hazırlanmış dünyada tuğyan edən narkomaniya adlı bəlanın dəhşətlərini özündə əks etdirən videoçarx nümayiş olundu.Daha sonra tədbirdə iştirak edən şagirdlər mövzu ətrafında diskusiyalarda iştirak edərək onları maraqlandıran suallara cavab aldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi