Pedaqoji Şura

14.09.2019-cu il tarixdə 192№ li tam orta məktəbin 2019- 2020 ci tədris ili üçün  nəzərdə tutulmuş 1 №-li Pedaqoji Şurası keçirildi.Pedaqoji Şura Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi.Məktəbin direktoru T.İ.Məmiyev yeni dərs ilinin başlaması münasibətil ilə Pedaqoji kollektivi təbrik etdi.Daha sonra 2019- 2020 -ci  tədris ili üçün məktəbin ilk Pedaqoji Şurası tərəfindən həyata keçiriləcək məsələlər müzakirəyə qoyuldu.İlk olaraq yeni tədris ili üçün Pedaqoji Şuranın Katibi seçildi.Məktəbin Fəaliyyət Planlarının, Pedaqoji Şuranın illik və aylıq planlarının təsdiqi həyata keçirildi.Məktəbin direktoru T.Məmiyev məktəbin yeni Nizamnaməsinin təsdiq etdi.Dərs bölgüsü və sinif rəhbərlərinin təsdiqi həyata keçirildi.Pedaqoji Kollektiv arasında vəzifə bölgüsünün təyini müzakirə olunan məsələlər sırasında idi.Yeni dərs ili üçün nəzərdə tutulmuş fənn aylıqları elan edildi.Onların icrası müvafiq şəxslərə tapşırıldı.Metodbirləşmə sədrləri kollektivin rəyinə əsasən seçildi.İl ərzində keçiriləcək tədbirlərin planı sinif rəhbərlərinə təqdim olundu və vəzifə bölgüsü yerinə yetirldi.Təhsildə keyfiyyətə nəzarət Komissiyası yaradıldı.Bu komissiyaya sədr və müavin  təyin olundu.Məktəb üzrə növbətçilik cədvəli təsdiq olundu.Yeni dərs ilindən etibarən pedaqoji kollektiv vahid geyim formasına keçirildi.Bundan əlavə bir çox cari məsələlər Pedaqoji heyət tərəfindən müazkirə olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi