"Son zəng" tədbiri keçirildi

          Məzunların doğma məktəblə vidalaşması məqsədilə 14 iyun tarixində məktəbdə “Son zəng” tədbiri keçirildi.Tədbirdə müəllimlər, şagirdlər və valideynlər iştirak edirdilər. Tədbirdə ilk olaraq dövlət himni səsləndirildi və sevincləri gözlərindən oxunan 11-cilər təntənəli şəkildə öz yerlərini tutdular. Məktəbin direktoru Mehriban Mustafayeva 11-ləri təbrik edərək onlara xoş arzularını bildirdi. Mehriban xanim məzunlara ali məktəblərə qəbul olaraq tələbə adini qazanmaq ən əsası isə vətənini ürəkdən sevən onu hər an qorumağı bacaran əsl vətəndaş olmağı arzuladı.Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin rəsmi nümayəndəsi və Təlimə Dəstək Mərkəzinin əməkdaşı iştirak edərək məzunlarımıza xoş sözlərini və səmimi arzularını dilə gətirdilər. 2018-2019 -ci tədris ilində məktəbimizin əldə etdiyi nailliyyətlərdən və şagirdlərin qazandıqları uğurlardan söhbət açıldı. Son zəng tədbiri məzunların hazırladıqları bir-birindən maraqlı çıxışları ilə davam etdi. Məktəb kollektivi olaraq məzunlarımızı təbrik edirik. Arzu edirik ki, sədalarınız ali məktəblərdən başlayaraq ən uca zirvələrə qədər yuksəlsin. Uğur həmişə sizinlə olsun!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi