Ana dii və İngilis dilindən V-XI siniflərdə BSQ keçirildi

          Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair məktəbin illik Fəaliyyət Planına uyğun olaraq əldə edilmiş şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə 191 nömrəli tam orta məktəbdə 10 iyun tarixindən başlayaraq V-XI siniflərdə BSQ imtahanları keçiriləcəkdir. İlk olaraq V-XI siniflərdə Ana dili və ingilis dili, 11 iyun tarixində V-XI siniflərdə riyaziyyat, 12 və 13 iyun tarixlərində isə digər fənlər üzrə IX-XI siniflər ikinci yarımil ərzində öyrəndikləri mövzulara əsasən sualları cavablandıracaqlar. BSQ-nin sualları təşkil edilmiş komissiya tərəfindən hazırlanmış və imtahanların kodlaşdırılmış sistem üzrə keçirilməsi planlaşdırılmışdır. 10 iyun tarixində V-XI siniflərdə Ana dili və ingilis dili fənləri üzrə qiymətləndirmə keçirildi. Bu gün eyni zamanda məktəbin I-IV siniflərində Ana dili fənnindən BSQ keçirildi, qarşıdakı günlərdə isə tərtib eidlmiş cədvəl üzrə BSQ-lərin keçirilməsi davam etdiriləcək İmtahanlar yekunlaşdıqdan sonra qiymətləndirmənin nəticələri yaradılmış komissiya üzvləri tərəfindən yoxlanılaraq pedaqoji şurada geniş müzakirə ediləcəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi