"Uşaqlar Gələcəyimizdir!" adlı tədbir keçirildi

            31 may tarixində məktəbin həyətində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş "Uşaqlar Gələcəyimizdir!" adlı tədbir keçirildi. Tədbirdə şagirdləri asfalt üzərində rəsmlər çəkdilər. Çəkdikləri rəsmlərdə şagirdlər əsasən “Biz sülh istəyirik” idealogiyasını canlandırmışdılar. Tədbirdə rəsm sərgisi ilə yanaşı məktəbin 4d sinif şagirdlər sinif müəllimi Məryəm Xanzadənin təşkilatçılığı ilə hazırladıqları uşaqlar gününə həsr olunmuş kompozisiyanı təqdim etdilər. Tədbir rəngarən musiqilər, şerilər, mahnılar, rəqslərlə müşayət olundu. Tədbirin sonunda məktəbin direktoru Mehriban Mustafayeva çıxış edərək şagirdləri təbrik etdi və gələcəyimiz olan uşaqlara qayğı göstərilməsinin və onların müdafiə olunmasının, həmçinin hüquqlarının qorunmasının dövlətin, cəmiyyətin, hər bir vətəndaşın müqəddəs borcu olduğunu vurğuladı. Bununla yanaşı tədbirdə məktəbdə keçirilən “Ən yaxşı sinif”, “Ən yaxşı sinif rəhbəri” layihəsinin II yarımil üzrə qalibləri və son zamanlarda məktəbdə təşkil edilmiş layihələrdə iştirak edərək qalib seçilən şagirdlər məktəb rəhbərliyi tərəfindən diplomla mükafatlandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi