2A sinfində "Mülki Müdafiə" ilə bağlı sinif təşkilat saatı

             Məktəbin tədbirlər planına əsasən 17aprel tarixində məktəbimizdə Mülki Müdafiə günü qeyd edildi. Məktəbin foyesində  Mülki Müdafiə guşəsi yaradılmışdır. Mülki Müdafiə ilə bağlı sinif təşkilat saatları keçirildi. Belə dərslərdən biri də 2A sinfində Şəlalə Əsgərovanın təşkilatçılığı ilə oldu. Şəlalə müəllimə şagirdlərə Mülki Müdafiə avadanlıqları və vasitələri haqqında eləcədə təbii fəlakətlər, zəlzələ,yanğın zamanı lazım olan tədbirlər görülməsi barədə geniş məlumat verdi. Mülki Müdafiə Təşkilatının yaranma tarixindən, onun məqsədlərindən məlumat verərək şagirdlərə fövqaladə hallar zamanı davranış qaydalarını da izah etdi. Dərsin əsas məqsədi şagirdlərə elə aşağı siniflərdən fövqəladə hallar zamanı davranış qaydalarını öyrətməkdən ibarət idi. Balacalar öz müəllimlərini diqqətlə dinləyərək mülki müdafiə bilikləri ilə  tanış oldu.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi