Mülki Müdafiə günü qeyd edildi

17 aprel 2019-ci il tarixində 191 nömrəli tam orta məktəbdə Xətai rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin və  məktəbin tədbirlər planına əsasən Mülki Müdafiə günü qeyd edildi. 5 və 6-cı siniflərdə Mülki Müdafiə ilə bağlı dərslər keçirildi. Şagirdlərə Mülki Müdafiə avadanlıqları və vasitələri haqqında qısa məlumat verildi. Məktəbin foyesində Mülki Müdafiə guşəsi yaradılmışdı. Dərslərin əsas mahiyyəti şagirdlərin fövqəladə hallar zamanı davranış qaydalarını bilmələrinə və praktiki məşğələlər zamanı təhlükəsizlik qaydalarına ciddi əməl olunmasına yönəldilmişdir. Dərsdə şagirdlərə mülki müdafiə biliklərinin öyrədilməsi üzrə ölkə ərazisində baş vermiş subasma, yanğın və sürüşmələr zamanı insanların xilas edilməsində, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında nazirliyin müxtəlif struktur, bölmə və qurumlarının iştirakını əks etdirən videomateriallar, nümayiş etdirildi. Şərh edilmiş mövzular ətrafında fəal diskussiyalar aparılmış və şagirdlərin çoxsaylı sualları müəllimlər tərəfindən ətraflı cavablandırıldi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi