İngilis dili fənnindən "Açıq dərs" keçirildi

15 aprel tarixində 6j sinfində İntizar Rzayevanın dərsi oldu. İntizar müəllimə dərsə "İngilis dilini bilməyin vacibliyi" haqda giriş sözü ilə başladı. Şagirdlər  "22 Aprel -Yer kürəsi" günü, yaşadığımız planetin qorunması üçün insanların gördüyü və görməli olacağı iş və vəzifələr barədə öz fikirlərini sərbəst efadə etdilər. "Baharda təbiət" mövzusunda fikirlər söylənildi. Baharda səhər erkən quşların səsinə yuxudan oyanmanın gözəl təəssüratları haqda şagirdlərin dioloq şəklində maraqlı çıxışları oldu."Ənənəvi ingilis mətbəxi" mövzusunda ətraflı fikirlər söylənildi və birlikdə müzakirə olundu. Dərsdə "Restoranda" “At the restaurant” adlı mətn dinlənildi və müzakirə olunduqdan sonra şagirdlər mövzuya uyğun olaraq ingilis dilində kiçik oyunlar nümayiş etdirdilər. Milli və ingilis yeməkləri arasındakı fərqlər müzakirə olundu. Dərsdə şagirdlərin sərbəst ingilis dilində danışmaqları diqqəti cəlb etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi