IX-X-XI sinif şagirdlərinin valideyn iclası keçirildi.

           21 fevral 2019-cu il tarixində 191 nömrəli tam orta məktəbdə IX-X-XI sinif şagirdlərinin valideyn iclası keçirildi.  İlk öncə içlas məktəbin akt  zalında bütün valideynlər ,sinif rəhbərləri və məktəb rəhbərliyi tərəfindən keçirildi. İclasda məktəb rəhbərliyi tədris ilinin birinci yarim ilində qarşıya çıxan problemləri valideynlərin diqqətinə çatdırdı. Şagirdlərin dərsə davamiyyəti və məktəbdə keçirilən monitorinqlərin nəticələri haqqında valideynlər məlumatlandırıldı. Məktəb direktoru M.Mustafayeva şagirdin təhsildə uğurlu nəticə qazanması üçün məktəb valideyn əlaqələrinin nə qədər böyük əhəmiyyətə malik olduğunu iclas iştirakçılarının nəzərinə çatdırdı. Sonda Məktəb rəhbərliyi valideynləri maraqlandıran sualları cavablandırdı. Daha sonra isə iclas sinif otaqlarında sinif rəhbərləri, fənn müəllimləri və valideynlər iştirak davam etdi. . İclasda 2018-2019-cu tədris ilinin I yarımilinin yekunları müzakirə olundu, şagirdlərin I yarımildə aldıqları qiymətlər valideynlərə çatdırıldı, bilik qiymətləri cədvəli ilə tanış olmaq və valideynin imza etməsi üçün valideynlərə verildi. Hər bir şagird haqqında valideynə məlumat verildi, şagirdlər haqqında müəllimlərin fikirləri dinlənildi. İclasda valideynləri maraqlandıran suallara ətraflı cavab verildi, fikir mübadiləsi edildi, digər cari məsələlər müzakirə olundu. 2018-2019-cu tədris ilinin II yarımilində qarşıda duran vəzifələr, görüləcək işlər, şagirdlərdə tədrisin keyfiyyətini artırmaq üçün müvafiq işlərin görülməsi bildirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi