“Əbədiyyət Üfüqlərində Doğan Günəş” adlı tədbir keçirildi

Bildiyiniz kimi 2019-cu il Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin şərəfinə və xatirəsinə ehtiram əlaməti olaraq “Nəsimi İli” elan edilmişdir. Eyni zamanda 21 fevral Ana dili günüdür. Bu münasibətlə 21.02.2019-cu il tarixində Ana dili və ədəbiiyyat müəllimi K.Mahmudovanın təşkilatçılığı ilə məktəbin akt zalında “Əbədiyyət Üfüqlərində Doğan Günəş” başlığı altında tədbir keçirildi. Tədbiri məktəbin müəllim, şagird kollektivi və məktəb rəhbərliyi izləyirdilər. İlk olaraq Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi. Sonra şagirdlər İ.Nəsiminin həyat və yaradıcılığı ilə yaxından tanış oldular, sonra şagirdlər onun “Ağrımaz”,“Sığmazam”, “Neylərəm”, “Ayrılır” və s. qəzəllərini məharətlə ifa etdilər. Bundan əlavə Qabilin “Nəsimi” poemasından, F.Əmirovun “Nəsimi” baletindən bir parça nümayiş etdirdilər, “Nəsimi” filmindən fraqmentləri izlədilər. Tədbirin sonunda məktəbin direktoru M. Mustafayeva çıxış edərək belə tədbir hazirladıqları üçün şagirdlərə və Könül müəlliməyə təşəkkür etdi. Mehriban müəllimə çıxışında hər bir canlının dili olduğunu qeyd etdi. O bildirdi ki,nəinki insanlar hətta ağaclar, çaylar, buludlar belə öz dilində danışırlar. Dil müqəddəs varlıqdır. Onu sevən də, qoruyan da, zənginləşdirən də mənsub olduğu xalqı tanıtdırır, ucaldır və şöhrətləndirir. İ. Nəsimi də dilimizi ucaldan şairlərdəndir. Sonda Mehriban xanım: ”Arzu edirik ki, hər bir şagirdimiz Nəsimi kimi ana dilini sevib qorusun!” sözləri ilə tədbiri sonlandırdı. Tədbir xoş təəssüratla başa çatdı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi