Məktəbimizin kiçik rəssamının sərgisi

Istedadlı şagirdlərin seçilməsi və onlarla işin təşkili təhsilin prioritet məsələlərdən biridir. Məktəbdə istedadlı və qabiliyyətli şagirdləri aşkara çıxarmaq üçün ilk növbədə şagirdlərin inkişaf səviyyəsini və fərdi xüsusiyyətlərini öyrənmək lazımdır. 191 nömrəli tam orta məktəbində xüsusi istedadı və bacarığı ilə seçilən şagirdləri kifayyət qədərdir. Belə şagirdlərin əldə etdikləri nailiyyətlər hər zaman məktəb rəhbərliyi tərəfindən xüsusi qayğı ilə qarşılanır. 28-30 noyabr tarixlərində məktəbimin foesində  4a sinif şagirdi kiçik rəssam Məmmədli Dənizin rəsmlərindən ibarət sərgi təşkil edilmişdir. Sərgidə nümayiş etdirilən hər bir rəsm sərgiyə baxış keçirənlər tərəfindən olduqca maraqla qarşılandı. Məktəbimizin kiçik rəssamı öz əl işləri barəsində və iş prosesi barəsində məlumat verdi və ona ünvanlanan sualları cavablandırdı. İstedadlı şagirdimizi təbrik edirik və gələcək işlərində uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi