"Bilik Günü" qeyd olunub

    15 sentyabr 2025-ci il tarixində Bakı şəhəri 191 nömrəli tam orta məktəbdə yeni tədris ilinin başlanması münasibətilə “Bilik Günü” tədbiri keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər, valideynlər, eləcə də şəhid məzunlarımızın valideynləri iştirak ediblər.

Tədbir zamanı çıxışçılar kollektivə yeni tədris ili münasibətilə təbriklərini çatdırıblar.

Sonda məktəbin birinci sinif şagirdləri şeirlər söyləyərək tədbirə xüsusi rəng qatıb və yeni tədris ilinə rəmzi olaraq ilk addımlarını atıblar.

Yeni tədris ili bütün müəllim və şagirdlərimizə uğurlar gətirsin!

#BilikGünü #Məktəb191 #YeniİlYeniUğurlar #Təhsil #BŞTİ

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi