Uğurlu məzunlarımızın izi ilə- Yeni dərs ilinə

    15 Sentyabr – Bilik Günü yeni ümidlərin, yeni məqsədlərin başlanğıcıdır. Bu gün məktəb həyətinin girişində yer alan “Fəxrlərimiz” güşəsi ilə biz sabah qarşılayacağımız bütün şagirdlərə bir mesaj veririk: əmək, zəhmət və məqsədyönlülük uğurun əsas açarıdır.

Ötən tədris ili məktəbimizin məzunları üçün böyük uğurlarla yadda qaldı. Onlardan bir çoxu respublikamızın nüfuzlu ali məktəblərinə yüksək ballarla qəbul olundu. Eyni zamanda, bir sıra məzunlarımız xarici ölkələrin tanınmış universitetlərində təhsil almaq hüququ qazanaraq beynəlxalq arenada da məktəbimizin adını ucaltdılar. Yüskək nəticə göstərən bu məzunlarımız isə məktəbimizin şərəf və qürur mənbəyi oldular. Bütün məzunlarımıza yeni təhsil həyatında uğur və gələcək karyeralarında bol nailiyyətlər arzu edirik.

Yeni dərs ilinə qədəm qoyan bütün şagirdlərimizə isə arzu edirik ki, ötən ilki məzunlarımızın nailiyyətləri sizin üçün nümunə olsun və bu il məktəbimizin divarında yer alacaq yeni uğurların müəllifi siz olasınız.

Yeni dərs iliniz mübarək olsun!

#Məktəb191 #BilikGünü #Fəxrlərimiz #Təhsil #Uğurlarımız #Məzunlarımız #YeniDərsİl #Məzun2025

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi