Məzunlar təltif olunub

11 sentyabr 2025-ci il tarixdə Xətai Rayon İcra Hakimiyyətində ali məktəblərə yüksək balla qəbul olunan gənclərlə görüş keçirilib. Tədbirdə iştirak edən rayon rəhbərliyi, millət vəkilləri, məktəb direktorları və ictimaiyyət nümayəndələri çıxışlarında təhsilin inkişafına göstərilən diqqəti vurğulayaraq gəncləri təbrik ediblər.
Uğurlu gənclərin sırasında yer alan 191 nömrəli tam orta məktəbin məzunları Malik Seyid (686,1 bal) və Səid Ağaverdiyev (660 bal) də Xətai rayon İcra başçısı Rafiq Quliyev tərəfindən fəxri fərman və hədiyyələrlə təltif olunublar.
Gənclərə ali təhsillərində uğurlar, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq.
#Məktəb191 #XətaiRayonu #YüksəkBal #TələbəQəbulu #EduAz #BakuEduAz #Məktəb #Müəllim #Məktəbli