5a sinfində Ümumxalq Hüzn Gününə həsr olunmuş dərs keçirildi

           Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq yanvarın 17-də 191 saylı məktəbdə də 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçirildi. 5a sinfində keçirilən dərs tarix müəllimi Z.Əkbərovanın təşkilatçılığı ilə həyata keçdi. Dərsin əvvəlində Z.Əkbərova 20 Yanvar hadisələri haqqında ətraflı məlumat verərək bildirdi ki, hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst- üstə düşür.Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. Sonra Ümumxalq Hüzn Gününə həsr olunmuş videoçarx nümayiş olundu. Şagirdlərin ifasında şəhidlərin xatirəsinə həsr olunmuş şeirlər, bayatılar səsləndi. Belə dərslərin keçirilməsi şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə aşılanması məqsədlərinə xidmət edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi